Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
15:43 24.05.2020
Gündəm
654
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimizi çatdırırıq.
Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlərin tarixinin 100 il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxmasına baxmayaraq, əlaqələr ölkəniz müstəqilliyini bərpa etdikdən sonra daha da inkişaf etdi və möhkəmləndi. Ölkələrimiz arasında münasibətlər səmimi dostluğa, qarşılıqlı inam və etimada əsaslanan möhkəm təməl üzərində qurulub. Əminik ki, Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələr gələcək illərdə daha da inkişaf edəcəkdir.
Ümid edirik ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tezliklə bərpa edəcəkdir. İcazə verin, həmçinin COVID-19-a qarşı mübarizə apardığı bu çətin vaxtlarda Azərbaycanla həmrəyliyimizi ifadə edək.
Zati-aliləri, xahiş edirik Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının davamlı inkişafı üçün bütün səylərinizdə böyük uğurlar arzularımızı qəbul edin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya