BQXK-nın qanunsuz fəaliyyəti - Millət vəkili
05:37 03.08.2023
Gündəm
358
Komitənin fəaliyyətinə Ermənistan kölgə salır
BQXK-nin maşınlarında Qarabağa qanunsuz mallar daşınır
"Sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib". Bu sözləri “Euronews” televiziyasına müsahibəsində dövlət başçısı İlham Əliyev deyib. İyunun 15-də Ermənistanın digər hərbi təxribata əl atdığını və sərhədçilərimizdən birini yaraladığını vurğulayan dövlət başçısı bildirib ki, yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi, sonra yol təkrar açıldı: "Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, "iPhone"lər və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsinin aşkarlandığını deyən Prezident qeyd edib ki, Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar: "Lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik”. Ölkə rəhbəri bəyan edib ki, Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə yox, İrəvandakı ofisə tabe olması yolverilməzdir: "Əfsuslar olsun ki, bu günə kimi Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın Baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”.
Millət vəkili Musa Qasımlı "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın qonşu ölkələrlə, hətta qardaş Türkiyə ilə quru sərhədləri bağlıdır. Deputatın sözlərinə görə, sadəcə olaraq Ermənistanla Qarabağda yaşayan erməni əhali ilə arasında gediş-gəliş üçün Laçın yolu üzərindəki nəzarət-buraxılış məntəqəsini açıq saxlamışıq: "Azərbaycan dövləti bu addımı erməni əsilli vətəndaşlarına görə atıb. Ərazilərimizdə yaşayan ermənilər sərbəst şəkildə Laçın yolundakı keçid məntəqəsindən istifadə edə bilirlər. Xəstələr aparılır və gətirilir. Bütün bunlar hamısı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarəti altında olur. Amma təəssüf ki, həmin Komitənin fəaliyyətinə Ermənistan kölgə salır. BQXK-nin maşınlarında Qarabağa qanunsuz mallar daşınır. Azərbaycan etibarlı və rahat gediş-gəliş üçün Ağdam-Xankəndi yolunu təklif edib. Bizim ərazimizdə yaşayan bütün insanlar etnik mənsubiyyətindən asılı olmayaraq, bərabərdir və eyni hüquqlara malikdir. Hamıya bərabər imkanlar yaradılır. Azərbaycan dövləti heç bir ərazisini blokadada saxlamır. Hesab edirəm ki, Qarabağ erməniləri də bu imkanlardan istifadə etməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz