Britaniya Kraliçasına Qarabağ atı təqdim olundu! – “İki mühüm mesaj verildi" - Şərh
Yusif Nəzərli
13:02 17.05.2022
Gündəm
741
“Azərbaycan həm də Birləşmiş Krallığa mesaj verir ki, o, bu əlaqələrin inkişafında maraqlıdır və eyni zamanda Birləşmiş Krallıqdan gözləntilər var”
“Bu gün Qarabağ atları dünyada kifayət qədər məşhurdur və hesab edirəm ki, bu həm də Qarabağla bağlı mesajdır”
Ötən gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizavetaya Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.
Kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub. Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birlikdə yeni sahibinə təhvil verilib. Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.
Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkür edib, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.
Bu hadisənin dünyaya verdiyi mesajı “Sherg.az”a dəyərləndirən millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan hər zaman bütün dövlətlərlə normal münasibətlərin qurulmasında və inkişafında maraqlı olub:
“Biz deyə bilərik ki, Azərbaycanın Avropa regionunda ən çox əlaqələrə xüsusi önəm verdiyi ölkələrdən biri də Böyük Britaniyadır. Bu gün Azərbaycanla Böyük Britaniya arasında bir çox sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edib.
Birləşmiş Krallığın böyük şirkətlərindən olan “BP” Azərbaycanda bir çox neft-qaz layihələrdə iştirak edir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin layihələrində də bu şirkətin iştirakı nəzərdə tutlub. Britaniyada keçirilən tədbirdə də Azərbaycanın yüksək səviyyədə təmsil olunması və Qarabağ atının hədiyyə olunması bizim bu əlqalərə verdiyi önəmin, dəyərin göstəricisidir. Bununla Azərbaycan həm də Birləşmiş Krallığa mesaj verir ki, o, bu əlaqələrin inkişafında maraqlıdır və eyni zamanda Birləşmiş Krallıqdan gözləntiləri var. Bu gözləntilər qarşı tərəfində Azərbaycanla əlaqələrini inkişaf etdirməsində maraqlı olması və inkişaf etdirilməsidir”.
Millət vəkili sonda qeyd edib ki, bu gün Qarabağ atları dünyada kifayət qədər məşhurdur və hesab edirəm ki, burada həm də Qarabağla bağlı mesaj var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual