Böyük Britaniyanın yeni baş naziri Endi Börnem vəzifəsinin icrasına başladıqdan sonra hökumətdə bir sıra mühüm kadr təyinatları həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə baş nazirin dəftərxanasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sabiq müdafiə naziri Con Hili maliyyə naziri təyin edilib. Xarici işlər naziri vəzifəsi isə keçmiş energetika naziri Ed Milibəndə həvalə olunub.
Bundan başqa, Luiza Heyq birinci dövlət katibi və Nazirlər Kabinetinin işləri üzrə nazir təyin edilib.
Endi Börnem daxili işlər naziri Şabana Mahmudu da vəzifəsində saxlayıb. O, 2025-ci ilin sentyabrından bu posta rəhbərlik edir.