Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan-İtaliya münasibətləri çox yaxşı inkişaf edir

Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin gələn il 35-ci ildönümü qeyd olunacaq.

Sherg.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov Azərbaycan-İtaliya münasibətlərinin çox yaxşı inkişaf etdiyini qeyd edib.