Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsində vətəndaşlıqdan məhrumetməyə imkan verən müddəa nəzərdə tutub.
Sherg.az xəbər verir ki, yeni layihəyə əsasən, dövlətin konstitusiya quruluşuna və təhlükəsizliyinə qarşı cinayətlər törədən şəxslər məhkəmə qərarı ilə Ermənistan vətəndaşlığından məhrum edilə bilərlər.
Qüvvədə olan Konstitusiyada isə vətəndaşın vətəndaşlıqdan məhrum edilməsi qadağandır. Yeni layihədə Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın da yer almadığı bildirilir.