Ceyhun Bayramov Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb
18:42 13.11.2023
Gündəm
338
13 noyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində Krallığın Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə görüşüb.
Sherg.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə tərəflər Azərbaycan və Mərakeş arasında ikitərəfli, habelə çoxtərəfli platformalarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq perpektivləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.
İkitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək yüksək qiymətləndirilib.
Hörmət və etimada əsaslanan parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi əminliklə qeyd olunub, bu xüsusda qarşılıqlı yüksək səviyyəli səfər mübadilələrinin əhəmiyyəti vurğulanıb.
Ölkələrimiz arasında ikitərəfli qanunvericilik bazasının inkişafının, səfər çərçivəsində iki ölkə arasında enerji, logistika, ətraf mühit və digər istiqamətlərdə imzalanmış müqavilələrin ikitərəflü münasibətlərə müsbət töhfə verəcəyi qeyd olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın uzun illər ərzində ölkəmizin ərazilərini işğal altında saxlaması, post-münaqişə dövründə bölgədə vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm