Ceyhun Bayramov Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
21:24 29.03.2021
Gündəm
380
29 mart 2021-ci il tarixində Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prossesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Xarici İşlər naziri Muxtar Tleuberdı ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Qazaxıstan tərəfindən öz ərazilərində müasir nəqliyyat-tranzit infrastrukturlarının yaradıldığı və bunun artıq öz əhəmiyyətli nəticəsini verdiyini qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Nazir Muxtar Tleuberdı hər iki ölkə prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bunun ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Nazir Muxtar Tleuberdı iqtisadi sahədə əlaqələrin inkişafına toxunaraq, Qazaxıstan ilə Azərbaycan arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyasının iqtisadi əlaqələrin bütün sahələrini əhatə etdiyi vurğulayıb.
Nazirlər, gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən görülən işlərlə bağlı məlumat verib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya