Ceyhun Bayramov Quterreşin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib
16:44 02.05.2024
Gündəm
370
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.
Bu barədə "Sherg.az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, aparılan danışıqlar prosesi, habelə əməkdaşlıq məsələləri müzakirə olunub.
C.Bayramov Azərbaycanın karbohidrogen resurslarla zəngin ölkə olmasına baxmayaraq, milli səviyyədə könüllü şəkildə alternativ enerjiyə keçid istiqamətini tutduğunu, hazırda isə COP29 çərçivəsində beynəlxalq səviyyədə bu səylərə öz töhfəsini nümayiş etdirmək əzmində olduğunu diqqətə çatdırıb.
Bu istiqamətdə artıq bir sıra vacib görüş və tədbirlərin həyata keçirildiyi, habelə müxtəlif tərəflərlə bu kimi təmasların, o cümlədən BMT ilə mövcud əməkdaşlığın davamlılığının təmin edilməsinin vacibliyi qeyd olunub.
COP29 çərçivəsində danışıqlar prosesi barədə ətraflı məlumat verən nazir müxtəlif tərəflərin fərqli yanaşmalarına baxmayaraq, konsensusun əldə edilməsinin əhəmiyyətinin hər kəs üçün aydın olmasının müsbət göstərici olduğunu diqqətə çatdırıb.
İqlim dəyişikliyi məsələsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyi görüş zamanı vurğulanıb.
Xüsusi müşavir Selvin Hart Azərbaycanın hazırlıq prosesi üçün vaxt azlığı və sədrlik prioritetinin kompleks olmasına baxmayaraq, prosesin qısa müddət ərzində olduqca yaxşı təşkil olunmasının, habelə digər sədrliklərlə əlaqələndirilmənin təmini üçün "Üçlük" ("Troika") formatının təsis edilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. COP29-un başlama tarixinin ölkələr üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) müəyyən olunacağı dövrə təsadüf etdiyi, bu baxımdan COP29-un yaxşı fürsət ola biləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
09:31 04.05.2026
Gündəm