Ceyhun Bayramov və Kaya Kallas arasında təkbətək görüş başladı - YENİLƏNDİ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında təkbətək görüş başlayıb.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

14:12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kaya Kallasın səfəri dəyişən regional və qlobal dinamika fonunda dialoqun və qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayır:

"Bu görüş tərəflər arasında qarşılıqlı hörmət və müştərək maraqlara əsaslanan əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradır".