Cümşüd Nuriyev Şeyxə təşəkkür etdi
Turan
08:17 30.03.2021
Gündəm
551
"Onun Mübariz Mənsimovla bağlı Ərdoğana müraciət ünvanlaması mühüm təşəbbüsdür"
"Burada haqq-ədalətin bərpa olunması və incidilmiş bir insanın haqqının özünə qaytarılması məsələsi də var idi"
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun şərti azadlığa çıxması ilə bağlı maraqlı fakt üzə çıxıb. Tanınmış iş adamının ev dustaqlığına buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rolu olduğu iddia olunur. Şeyx Mübariz Mənsimovla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazaraq iş adamının buraxılmasını xahiş edib: “Mübariz Mənsimovun atasının ağır xəstə olmasını, anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-alilərinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”.
İddiaya görə, bu məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. Məlumata görə, Şeyxə Ərdoğanın xüsusi rəğbəti var. Məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr İşei, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri M.Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.
Şeyxin məlum məsələ ilə bağlı Ərdoğana şəxsən müraciət etməsini “Şərq”ə dəyərləndirən professor, sabiq millət vəkili Cümşüd Nuriyev deyib ki, gec də olsa ədalət yerini tutdu və bu ədalətin bərpasında Şeyxin rolu danılmazdır. Professor bir vətəndaş olaraq Şeyxə təşəkkürünü bildirib və belə dini rəhbərlə fəxr etdiyini söyləyib:
“Mübariz Mənsimov xalqımız tərəfindən sevilən, ən nüfuzlu iş adamlarından biridir və uzun müddətdir qardaş Türkiyədə fəaliyyət göstərir. O, çoxsaylı tələbəyə və digər ehtiyac sahibi insanlara yardımlar edir. Mübarizi müasir dövrün “Hacı Zeynalabdin Tağıyevi” kimi dəyərləndirirlər. Çünki ondan dəfələrlə zəngin olan biznesmenlərimizin 44 günlük müharibədən sonra Azərbaycana hansısa yardım etdiyi haqda heç bir məlumata rast gəlməmişik. Əgər Mübariz Mənsimov həbsdə olmasaydı, ölkəmizə daha çox köməyi dəyərdi.
Şeyx cənablarının belə bir addım atması və onu rus provaslav kilsəsi, dağ yəhudiləri, katolik rəhbərlərinin dəstəkləməsi gözəl nümunədir. Həm də Azərbaycanın multikultural dəyərlərinin örnəyi, dünya ölkələrinə birlik mesajıdır. Sosial şəbəkədə “Şeyxin nüfuzu yoxdur”, “ciddi işlə məşğul olmur” kimi ittihamlar yaramaz adamların işidir. 1990-cı ilin qanlı 20 yanvar hadisələrində Azərbaycandan dünyaya səsini ucaldan ilk şəxs məhz Şeyxülislam idi”.
C.Nuriyevin qənaətincə, Şeyx ozamanki cəsarətli davranışından sonra heç bir iş görməsəydi belə, təkcə həmin hadisə ilə tarixə düşərdi:
“90-cı ildə bunu etmək böyük qəhrəmanlıq tələb edirdi. Din xadimi ilk dəfə SSRİ-yə qarşı açıq üsyan edirdi. Onun Moskvaya, Mixail Qorbaçova göndərdiyi məktub həddindən artıq aqressiv və sərt üslubda qələmə alınmışdı. Zaman-zaman Şeyxə qarşı müşahidə etdiyimiz hücumların arxasında bəzi dövlətlərin maraqları durur.
Bir sıra qüvvələr Azərbaycanda çoxsaylı dini təriqətlərin yayılmasına, məzhəblərin ortaya çıxmasına çalışırlar. Şeyx cənabları isə bu cəhdlərin qarşısını alır.
Ona görə də amansız hücumlara, əsassız ittihamlara hədəf olur. Şeyx həzrətləri müsəlman dünyasında, ümumən regionda və dünyada böyük nüfuza sahibdir. Ona şər-böhtan atanlar mütləq öz cəzalarını alacaqlar. İş adamı ilə bağlı hörmətli Ərdoğana müraciət ünvanlamaq və onun azadlığına nail olmaq çox mühüm təşəbbüsdür. Çünki burada haqq-ədalətin bərpa olunması və incidilmiş bir insanın haqqının özünə qaytarılması məsələsi də var idi.
Azərbaycan vətəndaşı olaraq Mübariz Mənsimovla bağlı qərara görə, Şeyximizə və hörmətli Ərdoğana öz təşəkkürümü bildirirəm. İnanıram ki, tezliklə tanınmış messenatımızın üzərindən bütün ittihamlar qaldırılacaq və günahsız olduğu üzə çıxacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya