“Belə hallar çoxdan var. Əslində təkcə Azərbaycanda yox, dünyanın hər yerində, elə qonşu Türkiyədə də dərman saxtakarlığı var. Bir çox hallarda dərmanların tərkibində təsiredici element lazımi qədər olmur. Ya da üumiyyətlə, təsiredici elementə rast gəlinmir. Nəticədə xəstə sağalmaq əvəzinə, daha da pisləşir. Bəzən də ölümcül vəziyyətə düşür. Həm də dərmanların yan təsirləri faydasından daha çoxdur. Odur ki, zərurət olmadığı halda dərmandan qaçmaq, təbii yolla müalicəyə üstünlük vermək lazımdır”.
Dərman dəllallığı ! - Şəfa yox, bəla gətirir: “Bu, əsl genosiddir”
- VİDEO
Banuçiçək Kalbalıyeva
12:36 20.06.2020
Gündəm
3265
“Ona görə də dövlət diqqətli olmalı, nəzarəti gücləndirməlidir”
“Çox zaman həkimlərlə apteklər “partnyor” olurlar. Həkim bahalı və yararsız dərmanı yazır, əvəzində isə aptekdən faiz alır. Buna yol vermək olmaz”
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub. Həmin görüntülərdə bir qadın “Esensial forte” dərmanının saxta olduğunu sübut edir. O, kapsulanı açır və içində heç nə olmadığını göstərir. Qadının sözlərinə görə, bu barədə ona həkimi xəbərdarlıq edib: “İnsaflı bir həkim məndən dərmanı neçəyə aldığımı soruşdu. Cavab verdim ki, 12 manata. Bu dərmanın Rusiyada 32 manat olduğunu bildirdi. Və dedi ki, evə gedəndə kapsulanı aç, içinə bax...”.
Deməli, 12 manat pul sözün əsl mənasında havaya uçub. Qadının sağlamlığı isə indiyə qədər nəinki düzəlməyib, hətta pisləşib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri, məhkəmə-tibbi eksperti Sərdar Cəlaloğlunun sözlərinə görə, bu, çox ciddi bəladır:
“Belə hallar çoxdan var. Əslində təkcə Azərbaycanda yox, dünyanın hər yerində, elə qonşu Türkiyədə də dərman saxtakarlığı var. Bir çox hallarda dərmanların tərkibində təsiredici element lazımi qədər olmur. Ya da üumiyyətlə, təsiredici elementə rast gəlinmir. Nəticədə xəstə sağalmaq əvəzinə, daha da pisləşir. Bəzən də ölümcül vəziyyətə düşür. Həm də dərmanların yan təsirləri faydasından daha çoxdur. Odur ki, zərurət olmadığı halda dərmandan qaçmaq, təbii yolla müalicəyə üstünlük vermək lazımdır”.
S.Cəlaloğlunun fikrincə, sözügedən neqativ halla mübarizə aparmaq üçün dövlət nəzarəti güclənməlidir:
“Bu, əsl genosiddir. Ona görə də dövlət diqqətli olmalı, nəzarəti gücləndirməlidir. Çox zaman həkimlərlə apteklər “partnyor” olurlar. Həkim bahalı və yararsız dərmanı yazır, əvəzində isə aptekdən faiz alır. Buna yol vermək olmaz. Eyni zamanda insanlarıın sağlamlığı üçün təhdid yarada biləcək məhsulların, o cümlədən dərmanların ölkəyə daxil olması qadağan edilməlidir. Bəziləri vətəndaşların sağlamlığını təhlükəyə atmaq naminə ciblərini doldurmağa üstünlük verirlər. Heç kimdə onlara “qaşın üstündə gözün var” demir. Beləliklə, analoji hadisələr çoxalır. Nəzarət güclənmədiyi müddətcə belə də davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm