Dövlət qurumlarının televiziyaları özünü təbliğə üstünlük verəcək - ŞƏRH
11:27 06.04.2024
Gündəm
678
Rəqabət mühiti olmayacaq
Konkret bir quruma xas olan və ixtisaslaşmış televiziyaların sayı artmaqdadır.
Təhsil TV, Səhiyyə TV, Diaspora TV-nin arxasınca da bu günlərdə DOST TV fəaliyyətə başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV yayım konsepsiyasında əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq.
DOST TV izləyicilərinə sosial yenilikləri, islahatlar, yeni layihələr, qanunvericilik və sosial hüquqlar, dövlət sosial xidmətləri barədə dolğun məlumatları çatdıracaq.
Lakin nazirlik və digər dövlət qurumlarının sahə televiziyası yaratması cəmiyyətdə heç də birmənalı qarşılanmır. Bu tendensiyanın klassik televiziyaları sıradan çıxaracağına dair narahatlıq var. Hətta nazirliklər TV açırsa, bəs jurnalistlər nə üçündür kimi suallar da səsləndirilir. Doğrudan da risklər varmı?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az"a açıqlamasında DOST TV-dən əvvəl ASAN TV-nin fəaliyyətə başladığını xatırladıb:
“Bu resurs da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsusdur. Bilirsiniz ki, uzun müddətdir Elm və Təhsil Nazirliyinin Təhsil TV kanalı fəaliyyətdədir. İnternet TV sektorunda yeni fəaliyyətə başlayan gənclərimizi təbrik edirik, TV kanallara uğurlar arzulayırıq.
Amma burada düşündürücü məqamlar da var. Düşünürəm ki, ölkənin informasiya sektorunun inkişafı, dayanıqlı informasiya mühitinin formalaşması, informasiyaya əlçatanlığın artırılması və yeni iş yerlərinin yaradılması, ümumiyyətlə, milli informasiya resurslarının yaradılması baxımından bu addımlar təqdirəlayiqdir və xeyli faydalıdır.
Hazırda bizim elə internet TV kanallarımız var ki (Baku TV, APA TV və s.), onlar hətta sektorda yeni kadrların hazırlanmasında da mühüm rol oynayırlar.
Bununla belə, Azərbaycanın media bazarının da yetərincə kiçik olması, reklam gəlirlərinin az olması, monetizasiyaya diqqət yetirilməməsi bu biznesin dayanıqlığı üçün də risklər yaradır. Həmçinin bizim audiovizual bazarda heç bir qeydiyyata düşməyən, heç bir vergi ödəməyən xarici kanalların da əlçatan olması digərləri üçün problemlər yaradır. Dövlət resursları, dövlət sifarişləri kəsilən anda bu tip media qurumlarımız ciddi böhran yaşayırlar. Fikrimcə, məhz dövlət büdcəsindən maliyyələşən, dövlət maliyyəsindən asılı olan milli informasiya resurslarının yaradılması əlavə risklər də yaradır. Xüsusən də burada rəqabətli mühitlə bağlı, dövlət qurumunun özünü təbliğə üstünlük verməsi, özünü reklamla məşğul olması kimi amillər də var ki, bunlar yolverilməzdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə