Dünya çempionatı: Azərbaycan cüdoçusu növbəti qələbəsini qazanıb - YENİLƏNİB - 2

Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Qırğızıstan təmsilçisi Nurməhəmməd Muratovu üstələyib.

Şükürov növbəti mərhələdə italiyalı Lusio Tavoletta ilə üz-üzə gələcək.

12:29
Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatına qələbə ilə start verib.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Tacikistan təmsilçisi Aminjon Abducalilzadəni məğlub edib.

11:28
Azərbaycanın yeniyetmə cüdoçusu Kamilla Toholiyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda albaniyalı Kasandra Kovacı ilə üz-üzə gəlib.

Toholiyeva rəqibinə məğlub olub.

Beləliklə, Azərbaycanın qız cüdoçuları turniri bir qızıl medalla başa vurublar. Yalnız 52 kq-da Xədicə Qədəşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün, həmçinin oğlanların mübarizəsində Süleyman Şükürov (73 kq) tatamiyə çıxacaq.