Elektron siqaret düşkünləri bu ətrin “izinə düşərək” ölümə doğru gedirlər
Elektron siqaret düşkünlərinin diqqətinə! - Ətri aldadıcıdır
11:27 01.08.2023
Gündəm
325
Xərçəng yaradır
Elektron siqaret düşkünləri bu ətrin “izinə düşərək” ölümə doğru gedirlər
Elektron siqaret düşkünləri bu ətrin “izinə düşərək” ölümə doğru gedirlər
Elektron siqaretlər, uzun müddətdir dəbdədir, amma ətirli tüstünü ciyərlərinə çəkənlər onun digər siqaretlər qədər təhlükəli olduğunun fərqinə varmır. Mütəxəssislər bu fikirdədir ki, elektron siqaretlərin məhz ətri aldadıcıdır. Və siqaret düşkünləri bu ətrin “izinə düşərək” ölümə doğru gedirlər.
“Sherg.az “Milliyet.com.tr”yə istinadən bildirir ki, qardaş Türkiyədə elektron siqaret satışı 2008-ci ildən qadağan edilib.
Buna baxmayaraq, bu ətirli siqaretlər hətta orta məktəblərdə də populyardır, yeniyetmələr, gənclər ondan istifadə edir. Bir siqaretlərin internet üzərindən də satışı həyata keçirilir. Halbuki elektron siqaretlərin tərkibində xərçəng xəstəliyi yaradan nitrozaminlər, civə, qurğuşun, nikel kimi bir çox zərərli kimyəvi maddə var. Mütəxəssislər orta məktəblərə ayaq açmış elektron siqaretlərin satışının, reklamının qarşısının alınmasını vacib sayır. Daha çox internet üzərindən satışı icra edilən siqaretlərin reklamında fərqli ətirlərə və 2000-6000 qüllaba sahib olmaları vurğulanır. Problem bundadır ki, bəzi valideynlər elektron siqareti zərərli saymır və övladlarının siqaret həvəsini onunla təmin etməyə icazə verirlər. Onlar səhv olaraq düşünür ki, elektron siqaret adi siqaretdən fərqlənir, zərərli deyil, guya tüstü birbaşa ciyərlərə nüfuz etmir. Bunlar hamısı elektron siqaret tacirlərinin uydurmalarıdır. Əslində isə elektron siqaret adi siqaret qədər, hətta ondan da artıq dərəcədə zərərlidir.
Sadəcə, bəziləri elektron siqareti müasirlik, dəb hesab edir, onun ətrinə, görünüşünə aldanırlar. Acıbadem Sağlıq Qrupu Ağ ciyər xəstəlikləri üzrə mütəxəssisi, professor Bülənt Tutluoğlu bildirib ki, e-siqaretlərin tərkibindəki müxtəlif kimyəvi maddələr ölümcüldürlər:
“Xüsusən ətirli e-siqaretlər daha böyük təhlükə daşıyıcısıdır. Onların tərkibindəki e-asetat maddəsi ağ ciyərləri sıradan çıxarır. E-siqaretlər “məsum” kimi təqdim edilir, amma belə deyil. Adi siqaretlər orqanizmə hansı zərəri verirsə, bunlar da eynidir. Ətirli e-siqaretlərdə kimyəvi maddələr daha çox olduğundan zərəri də daha böyükdür. Ağ ciyər çatışmazlığına yol açır. Beyin hüceyrələrini zədələyir. Damar keçməzliyi yaradır. Xərçəng riskini artırır. Qanda qatılaşmaya və bu səbəbdən də ölümlərə əsas olur. Professor e-siqaret alışqanlığının narkotik maddə asılılığı yaratdığını da bildirib: “ E-siqaret tüccarları siqaret çəkməyənləri də “e-siqaret zərərsizdir”, deyib şirnikləndirirlər və insanlarda asılılıq yaradırlar. Əslindəsə siqaret asılılığını elə həmin bu e-siqaretlər yaradır. Sonra da narkotik maddə aludəçiliyi başlayır”. Professor bu fikirdədir ki, e-siqaretin 18 yaşdan aşağı olanlara satışıyla bağlı sərt qadağalar qoyulmalı, internet üzərindən satışa da nəzarət edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya