Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

İyunun 16-da Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfər edib.

Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistanın Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşıladılar.