Əliyevlə Paşinyanın növbəti görüşü: Ermənistan danışıqlara "ağız büzür" - Ekspert rəyi
12:01 30.05.2023
Gündəm
679
“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşü səbirsizliklə gözləyirik”.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.
O bildirib ki, bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir.
Ş.Mişelin sözlərinə görə, rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əhəmiyyət kəsb edir: “Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.
Məsələyə münasibət bildirən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov vurğulayıb ki, sülhün əldə edilməsi üçün, iki tərəfin də istəyi lazımdır:
" Azərbaycanın öz siyasi iradəsini səbrlə ortaya qoyur və sülhün inkişafına təkan verir. Qarşı tərəf isə məsuliyyətsiz bir davranış sərgiləyərək, paradoksal vəziyyət yaradır. Vaşinqton, Brüssel, yaxında baş tutacaq Kişineu, hətta Moskva belə Azərbaycanın mövqeyini qəbul edir. Ancaq Ermənistan "ağız əyir". Sanki dünya onlara borcludur. Ümumiyyətlə Ermənistandakı hakimiyyətin heç bir addım atmağa cəsarəti yoxdur. Ona görə də bu vəziyyətdədirlər”.
Parlamentari əlavə edib ki, Kişineuda baş tutacaq görüşdə dünya güclərinin, Azərbaycanla birlikdə Ermənistanda konkret mesajı təqdim edəcəklərini gözləyir:
“Mesaj isə "Artıq bütün məsələləri qəbul etmisən, ona görə də oyun oynama. Çünki artıq dövlətin taleyini həll edirsən. Əgər düz istiqamətdə getməyib, provakasiyalara davam etsəz proses başqa cür olacaqdır. Ümumiyyətlə , qarşıdakı görüşdə Avropa Birliyi və güclü aktorların Ermənistana təsir edəcəklərini gözləyirəm. Ancaq təəssüf ki, beynəlxalq ictimaiyyət də özlərində İrəvana təzyiq göstərmək cəsarəti tapmır. Biz sanki iki cəsarətsiz qüvvə ilə qarşılaşmışıq. Belə bir çətin vəziyyətdə biz Kişineuda danışıqlara gedirik. Lakin əminəm ki, mövqeyimizi heç kim inkar edə bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi