Ən pis senari ilə üzləşə bilərik - Ölkəmiz real təhkükə mərhələsinə qədəm qoyub
Şəymən Bayramova
08:00 31.03.2020
Gündəm
1198
Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir.
Azərbaycanda da koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Statistik göstəricilərə görə, ölkəmiz real təhkükə mərhələsinə qədəm qoyub. Yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Artıq hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. ÜST və Operativ Qərargahın tövsiyyələrinə uymayan məsuliyyətsiz davranış sərgiləyəm insanlar özlərinin və ətrafındakı şəxslərin həyatını riskə atır.
Ümumdünya Səhiyyə Təşkilatının 31 mart 2020-ci il tarixinə olan məlumata görə, dünyanın 204 ölkəsində 697,244 nəfər koronavirusa yoluxub və xəstəlikdən 33,257 nəfər vəfat edib. Azərbaycanda isə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmayıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 243 nəfərdir, onlardan 11 pasiyentin vəziyyəti orta ağır, 3 isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 273-dur, onlardan 26 nəfəri sağalmışdır. Koronavirusa yoluxmuşlar arasında 4 ölüm faktı qeydə alınıb.
“Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq . Əgər bunun fərqində olmasaq hər birimiz öz şəxsi qarantin rejimimizi elan edib özümüzü təcrid etməsək ən pis senari ilə üzləşə bilərik “.
Bu sözləri “ Sherg.az”a millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi , səhlənkarlığı bir kənara qoyub həyatımızda ciddi qarantin rejimini tətbiq etdiyimiz tamamilə yeni bir səhifə açmağı bacarmalıyıq:
“Əks təqdirdə nəinki özümüzün həm də yaxınlarımızın , sevdiklərimizi həyatına ciddi təhlükə yarada bilərik .Hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrübəsi var . Hansı ölkələrdə qarantin rejimi vətəndaşıar tərəfindən ciddi qəbul edildisə , ona riayət olundusa həmin ölkələr koronavirusa minimum itkiylə qalib gələ bildilər . Bunu əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular . Bu ağır günlərdə birinci dərəcəli vatəndaşlıq borcumuz maksimum özünütəcridetmədir . Maksimim passiv evdəqalmadır . Bu gün passiv evdəqalama koronovirusa qarşı ən aktiv mübarizə aparmaq deməkdir .Bir müddət sonra bu təhlükə də arxada qalacaq” .
Deputatın fikrincə sosial – ictimai həyatımızda yeni bir dör başlayacaq və biz bu dövrü ,,postkorona ,, dövrü adlandıracağıq: “Gəlin elə tədbirlər alaq ki , bu dövrə yaxınlarımızla ,əzizlərimizlə birlikdə qədəm qoya bilək . Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyidir . Birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir . Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur . Evdəqal Azərbaycan .....Bu günün ən aktual çağırışı ...,,Vətəndaş evdəqal ,,..çağırışıdır . Evdə qalaq ki bu günümüzü , gələcəyimizi xilas edək !”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya