Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı

ABŞ Prezidenti Donald Tramp İran Xarici İşlər naziri Abbas Əraqçinin ABŞ-İran razılaşmasına çox yaxın olunduğu barədə açıqlamasını sosial media hesabında paylaşaraq diqqət çəkib.

Sherg.az xəbər verir ki, Ərakçi paylaşımında tərəfləri spekulyasiyalardan uzaq durmağa çağırıb və danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib. O, razılaşmanın detallarının yaxın zamanda açıqlanacağını qeyd edib.

Pakistan tərəfinin açıqlamalarında isə ABŞ-İran arasında hazırlanmış sənədin artıq hazır olduğu iddia edilib.

Beynəlxalq mediada yayılan məlumatlara görə, ABŞ və İran arasında “memorandum”un 14 iyun tarixində Cenevrədə imzalana biləcəyi bildirilir. G7 zirvəsi öncəsi prosesin sürətləndiyi qeyd olunur.

İddialara görə, sənəddə Hörmüz boğazının yenidən açılması, sanksiyaların mərhələli şəkildə yumşaldılması, İranın neft ixracına müvəqqəti icazələr verilməsi və dondurulmuş aktivlərin hissə-hissə sərbəst buraxılması kimi maddələr yer alır.

Lakin rəsmi Tehran və Vaşinqtondan hələlik yekun təsdiq verilməyib, prosesin danışıqlar mərhələsində olduğu vurğulanır.