Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 fevral üçün planlaşdırılmış Birləşmiş Ərəb Əmirliklərinə səfərini Əmirlik prezidenti Məhəmməd bin Zayid əl-Nahayanın xəstəliyi səbəbindən təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Ərdoğan Əl-Nahayanla telefon danışığı zamanı onun sağlamlıq durumuna görə təəssüfünü bildirib və tezliklə sağalmasını arzulayıb. Prezident Ərdoğan səfərin başqa uyğun tarixdə həyata keçiriləcəyini bildirib.
Əvvəlcədən nəzərdə tutulmuş səfər BƏƏ rəhbərliyi ilə regional və ikitərəfli məsələlər üzrə danışıqları əhatə edəcəkdi.