Ərdoğan: “Biz daim sülhün tərəfdarıyıq!”

Türkiyənin Rizə şəhərində keçirilən Tənzilə Ərdoğan Dövlət Xəstəxanasının açılışında çıxış edən Ərdoğan qeyd edib ki, ölkənin əsas prioriteti insan sağlamlığıdır və Türkiyə son illərdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edib.

Sherg.az xəbər verir ki, o, Türkiyənin güclü səhiyyə sistemi sayəsində pandemiya və təbii fəlakətlərdən uğurla çıxdığını, yeni tibbi layihələrin davam etdiyini bildirib.

Regiondakı gərginliyə toxunan Ərdoğan, xüsusilə Benyamin Netanyahunu tənqid edərək onun siyasətinin regional və qlobal sülhü təhdid etdiyini deyib.

Sonda prezident vurğulayıb ki, Türkiyə bölgədəki münaqişələrin həlli və sabitliyin təmin olunması üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Tənzilə Ərdoğan, Rəcəb Tayyib Ərdoğanin anasıdır. O, Türkiyədə ictimaiyyət tərəfindən hörmətlə tanınır və adı ilə bağlı xeyriyyə və səhiyyə layihələrinə dəstək verilib.