“Türkiyənin yerləşdiyi bölgə və bütün dünya İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Regionumuz və bütün dünya İkinci Dünya müharibəsinin sonundan bəri ən kritik hadisələrin şahidi olur. Türkiyəni bu oda sürüklənməkdən qorumağa çalışırıq. Bir böhran həll olunmazdan əvvəl digərinin başladığı dövrdə yaşayırıq. Raket və bomba səslərinin uşaqların fəryadını boğduğu günlərdən keçirik”, - dövlət başçısı bildirib.
Ərdoğan qeyd edib ki, Qara dənizdə problemlər davam edərkən, Şərqi Aralıq dənizində yeni planlar hazırlanır, yeni oyunlar oynanılır:
“Heç kim sabah nə baş verəcəyini və ya silahların harada partlayacağını təxmin edə bilmir. Gördüyünüz kimi, Rusiya-Ukrayna müharibəsi bitməmişdən artıq bölgəmiz İrana hücumların ağır iqtisadi nəticələrinin bədəlini ödəyir. İsrail Qəzzada və Livanda bütün qanunları, qaydaları və prinsipləri tapdalayaraq qan tökməyə davam edir”.