Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra açıqlama verərək “Milətimizin önəm verdiyi mövzulara maksimum hörmət göstərərək bu prosesi inşallah hədəfinə çatdıracağıq” deyib.
Sherg.az xəbər verir ki, Ərdoğan Ramazanı Şərif münasibətilə xalqı təbrik edib, ölkədə və İslam aləmində bərəkət diləyib. O, həmçinin şagird və universitet tələbələrinə, sosial layihələrə və Külliyədə keçirilən Ramazan proqramlarına toxunub, gənclərin və uşaqların coşqu ilə iştirak etdiyini qeyd edib.
Prezident həmçinin keçən həftə Nazirlər Kabinetində aparılan dəyişikliklərdən danışaraq yeni təyin olunan İçişləri və Ədliyyə nazirinə uğurlar arzulayıb.
Terrorla mübarizə barədə Ərdoğan bunları bildirib: “Şəhid ailələrimizlə birlikdə əziz millətimiz, terrorun daimi olaraq sona çatması üçün həyata keçirilən "Terrorsuz Türkiyə" prosesinə sahib çıxır. Biz də qanuni çərçivədə qalaraq, xalqımızın önəm verdiyi mövzulara hörmət göstərərək bu prosesi inşallah hədəfinə çatdıracağıq.”
Prezident həmçinin sağlamlıq, təhsil və sosial sahələrdə son bir ildə görülən işləri, yeni açılan Ailə Sağlamlıq və Sağlam Həyat Mərkəzlərini, həmçinin siqaret və digər asılılıqlarla mübarizədə aparılan tədbirləri qeyd edib.