Erməni təxribatı: "Silahlar işə düşəcək" - RƏY
02:30 22.08.2023
Gündəm
488
Azərbaycan Ordusu separatçıların təxribat törədə biləcəyi atəş nöqtələri və mövqelərini məhv etməklə onları qabaqlaya da bilər
"Araik Arutyunyan dünən qondarma “milis qüvvələri”, bu gün “ordu rəhbərləri” ilə görüşüb". Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, əsas müzakirə Azərbaycana qarşı hansı addımları atmaq üzərində aparılır: "BMT Təhlükəsizlik Şurasında istədikləri ala bilməyəndən sonra separatçıların “Azərbaycan ermənilərə soyqırımı edir” iddiasını “əsaslandırmaq” məqsədilə təxribat törədəcəyi, qarşıdurma yaratmaq istəyəcəyi gözləniləndir. Qarabağdakı qanunsuz silahlı qruplaşmaların döyüşə hazırlaşdığına dair yayılan məlumatlardan sonra Araikin qondarma “ordusu” ilə müzakirələr aparması bu kontekstdə diqqət çəkir. Buna paralel olaraq, Ermənistan sərhəddə də gərginliyi artıran gedişlər edir".
Analitikə görə, baş verənlər ermənilərin planlarına dair ehtimalları da önə çıxarır: "Birincisi, Qarabağda təxribatlar başladığı vaxt sərhəddə də gərginlik yarana, Azərbaycana qarşı iki cəbhə aça bilərlər. İkincisi, Qarabağdakı qarşıdurmanı “ermənilərə soyqırımı”, sərhəddəkini isə “Ermənistana hücum” olaraq beynəlxalq müstəviyə çıxara, Bakıya qarşı təzyiqin edilməsinə nail olmağa çalışacaqlar. Çünki BMT TŞ-də nəticə əldə edə bilməsələr də, Ermənistan və separatçılar məsələni yenidən müzakirəyə çıxara biləcəklərini və istədiklərini alacaqlarını düşünürlər. Görünən odur ki, silahlar yenidən işə düşəcək. Azərbaycan Ordusu separatçıların təxribat törədə biləcəyi atəş nöqtələri və mövqelərini məhv etməklə onları qabaqlaya da bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm