Erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb
Yusif Nəzərli
06:16 22.08.2023
Gündəm
382
Azərbaycanın Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Azərbaycanın Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Bu barədə "Sherg.az"a Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil “Artsax Respublikası” kimi adlandırması, ərazimizdə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycanın Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib.
Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya