Ermənilər yüklərin Ağdamdan keçməsinə razılaşıb  - "Hraparak"

"Qarabağ separatçılarının rəhbərləri yüklərin Ağdamdan keçməsinə razılaşıb".
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın "Hrapark" qəzeti yazıb.
Qəzet qeyd edir ki, bu gün saat 11:00-da Qarabağ separatçılarının "lideri" Arayik Arutyunyan "Təhlükəsizlik Şurası"nın geniş iclasını keçirib. İclasda "parlament qüvvələri", "keçmiş prezidentlər", eləcə də son günlər fəallaşan "yerli özünümüdafiə dəstəsi"nin komandiri Karen Matevosyan iştirak edib.
Nəşrin yazdığına görə, islasda "Azərbaycanın Ağdam vasitəsilə humanitar yüklərin daşınması tələbinin qismən təmin olunmasına qərar verilib”.
“Hraparak” iclasda baş verənlərin təfərrüatını daha sonra dərc edəcəyini vəd edib.