
Ermənistan ancaq danışır, ortaya heç bir iş qoymur - ŞƏRH
Yusif Nəzərli
11:13 20.07.2025
Gündəm
471
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.
Prezident İlham Əliyev Zəngəzur dəhlizindən danışarkən bildirib ki, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək:
"Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq".

Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, ənənəvi xarakter alan sayca üçüncü Şuşa Qlobal Media Forumu 50-dən çox ölkədən təşrif buyuran nümayəndələrin iştirakı ilə olduqca məhsuldar formada həyata keçirilir:
"Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçıları ilə görüşü, ona ünvanlanan sualların dolğun şəkildə cavablandırılması, dünyada və ölkəmizdə baş verən dəyişikliklər, yeniliklər, eyni zamanda, qlobal gündəlikdəki hadisələrin dəyərləndirilməsi fonunda yaddaqalan keçir.
Tədbirin açılışında dövlətimizin başçısı ona ünvanlanan bütün suallara tutarlı cavablar verərək, Forum iştirakçılarını maraqlandıran məsələləri daha aydın izah etdi.
Zəngəzur dəhlizi ilə bağlı danışan Prezident İlham Əliyev bunun təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirən logistika olmayacağını, bundan əlavə, beynəlxalq tranzit dəhliz kimi də əhəmiyyəti barədə dəqiq izahlar verdi, mövcud reallıqları çatdırdı. Həqiqətən də 2020-ci il müharibəsindən sonra Azərbaycan nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsinə və şaxələndirilməsinə böyük miqdarda sərmayə qoyub. Yükdaşımalarını artırmaq üçün layihələr həyata keçirən ölkəmizdə müasir infrastrukturun qurulması fonunda
Zəngəzur dəhlizinin də açıqlaması bu sahəyə ciddi töhfə verəcək. Ölkədə aparılan davamlı və təxirəsalınmaz tədbirlər nəticəsində
Ermənistan və İranla sərhədə qədər dəmir yolunun tikintisi bir ilə yaxın müddətdə başa çatacaq.
Dünyada baş verən müharibələr, münaqişələr nəqliyyat yollarının təhlükəsizliyinə təhdidlər yaratdığı bir zamanda Zəngəzur dəhlizi ilə yeni alternativlər və iqtisadi baxımdan böyük gəlirlər əldə edə biləcəyik".
Analitik əlavə edib ki, sülhdən, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışan Ermənistan isə bütün görülən işlərə rəğmən, bu yöndə heç bir ciddi iş aparmayıb:
"Bu cür yanaşma ilə Ermənistan tranzit ölkəyə çevrilmək imkanını əldən verir. Necə ki, 30 il ərzində işğalçılıq siyasətini davam etdirən rəsmi İrəvan, əgər eyni tendensiyaya son qoymasa, həm əvvəlkitək blokada şəraitində, həm də müəyyən qədər siyasi təcridə məruz qalacaq. Belə ki, Türkiyə ilə sərhədin açılması üçün canfəşanlıq göstərən Ermənistan, sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin açılmasından yayındığı üçün siyasi təzyiqlərə də məruz qalır: Ona görə də dəhliz təkcə Azərbaycan yox, region ölkələri üçün də maraqlı və cəlbedici təklif kimi güclü potensiala malik bir yoldur. Rusiyadan uzaqlaşıb Qərbə istiqamətlənən Ermənistan, əslində, dəhlizinin açılması və sülh sazişinin imzalanması ilə bu niyyətinə daha da yaxınlaşmış olar. Ona görə də İrəvan administrasiyası anlamalıdır ki, vaxt onların əleyhinə işləyir və bir 30 il də gözləmək heç kimin xeyrinə deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət