
"Ermənistan kəndləri qaytarmasa, güc tətbiq edilə bilər" - ŞƏRH
Yusif Nəzərli
07:49 22.03.2024
Gündəm
517
"Ermənistanın işğalında olan 8 kəndimizlə bağlı son günlər müəyyən müzakirələr gedir".
Bunu "Sherg.az"a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib.
Professor bildirib ki, ilk növbədə Qazaxın anklav olmayan 3 kəndi qeyd-şərtsiz Azərbaycana qaytarılsın:

"Baş nazirin müavini Şahin Mustafayev tərəfindən Ermənistana belə bir tələb səsləndirilib. İrəvan hökuməti bunu icra etməyin yollarını axtarır. Ermənistanda bununla bağlı gərginlik var. Bir qrup o fikirdədir ki, həmin kəndləri Azərbaycana vermək olmaz, çünki strateji önəmi var. Bizim kəndlərdən Gürcüstana gedən yollar keçir ki, bu da həmin yolun Azərbaycanın nəzarətinə keçməsi deməkdir. Kərki kəndi də mühümdür. Zəngəzura gedən yol bu kənddən keçir. Kərki kəndinin qaytarılması ilə bərabər Ermənistan-İran yolu da nəzarətimizə keçir. Azərbaycan bu tələbləri ona görə qoyur ki, delimitasiya və demarkasiya məsələləri həll edilməzdən öncə bu torpaqlar Azərbaycana keçsin. Üçtərəfli bəyannamədə şifahi olaraq razılaşdırılır ki, Ermənistan işğal altındakı bütün kəndləri geri qaytarmalıdır. Gədəbəydəki Başkənd də ermənilər tərəfindən müzakirə olunur. Bu məsələnin də müzakirə predmeti olacağı gözlənilir".
Q.Çaxmaqlı vurğulayıb ki, əgər Ermənistan Qazaxın kəndlərini qaytarmamaq üçün dirəniş göstərsə, gərginlik artacaq:
"Azərbaycan tərəfi açıq bəyan edir ki, əgər İrəvan kəndləri qaytarmasa, güc tətbiq edilə bilər. Ermənistan baş naziri N.Paşinyan sözügedən kəndlərin sakinləri ilə görüşdə bu məsələ müzakirə olundu. Paşinyan bildirdi ki, onlar müharibə istəmirlər. Baş nazir Qazaxın kəndlərinin ermənilərə aid olmadığını bəyan etdi. Bu da o deməkdir, yerli sakinlər ilə kəndlər məsələsi artıq müzakirə olunub. Amma qeyd edim ki, həmin ərazilərdə qanunsuz şəkildə silahlı qruplaşmaların toplanması da müşahidə olunur. Bu məqam təxribata və gərginliyə səbəb ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə