Ermənistan tora düşüb: Məqsəd Cənubi Qafqazda gərginlik ocaqlarını alovlandırmaqdır
Yusif Nəzərli
10:49 22.03.2024
Gündəm
444
Dünən Ermənistan rəsmilərinin verdiyi açıqlamalarında məlum oldu ki, aprelin 5-də ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Nikol Paşinyanın iştirakı ilə Brüsseldə Ermənistanın təhlükəsizliyi, bu dövlətin “inkişafı” ilə bağlı üçtərəfli görüş keçiriləcək. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən nüvə enerjisi sammiti çərçivəsində görüşüblər. Tərəflər Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Əslində Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması və Azərbaycanla Ermənistan arasında sülh prosesinə “dəstək” verilməsi həqiqəti əsk etdirmir. Sadəcə olaraq məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da Azərbaycanın maraqlarına cavab vermir. Həmçinin Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması üçün çalışmasıdır. Bu addımlar regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər.
Qeyd edək ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslər müzakirə edilib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, ümumiyyətlə Brüsselin bu proseslərə töhvələri real görünmür:
“Daha əvvəl Avropa İttifaqi missiyasının rəhbəri formasında Ermənistan ərazilərində olan Markus Ritter və ətrafındakı adamlar Azərbaycan Ermənistan münasibətləri ilə bağlı fikir bildirmək iqtidarında deyil. Azərbaycan belə bir missiyanın fəaliyyətini yersiz hesab edir. Digər tərəfdən isə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin moderatorluğu altında Bakı və İrəvan arasında uğurlu danışıqlar gedirdi. Bu danışıqlar prosesini sabotaj edən məhz Ermənistan və onun təxribatçı hakimiyyəti olmuşdur. Ona görə də belə bir təxribatçı ölkənin Avropa İttifaqı ilə Rusiya, İran və Türkiyə Azərbaycan əleyhinə hansısa iş birlikləri etməsi regiona gərginlik gətirə bilər. Hamıya bəllidir ki, hər gün Avropa İttifaqının mülki missiyası adı altında Ermənistan ərazilərindəki Qərbin casus şəbəkəsinin fəaliyyət dairəsi genişlənir. Onlar Ermənistan və Azərbaycan şərti sərhəddində durbinlə Azərbaycan əsgərini güdməklə yanaşı eyni zamanda, kəşfiyyat fəailiyyəti aparırlar. Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxaro Ermənistan ərazisində olan Avropa İttifaqı missiyasını Azərbaycan, Türkiyə, İran və Rusiya əleyhinə kəşfiyyatçı fəailiyyət kimi dəyərləndirir. Bu gün Paşinyanın apreldə Brüsselə dəvət edilməsi və öz ərazisində Rusiya əleyhinə ikinci Ukrayna cəbhəsini yaratma cəhdləri Cənubi Qafqazda gərginlik ocaqlarının alovlanmasına səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil