Ermənistan Daxili İşlər Nazirliyi parlament seçkiləri zamanı mümkün pozuntularla bağlı 53 müraciətin daxil olduğunu açıqlayıb. Müraciətlərdən 17-si qaynar xətt vasitəsilə qəbul edilib.
Sherg.az xəbər verir ki, məlumata görə, iki təkrar səsvermə cəhdi qeydə alınıb. Həmçinin ölkədə saat 20:00-dək qüvvədə olan “sükut günü” çərçivəsində mətbuat və sosial şəbəkələrdə seçkilərlə bağlı paylaşımlar araşdırılır.
Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərində 2 blok və 16 siyasi partiya mübarizə aparır. Seçicilərin ümumi sayı 2,48 milyondan çoxdur.