Ermənistanda komandir müavini əsgəri intihar həddinə çatdırmaqda ittiham olunur

Ermənistan ordusunda atıcı batalyon komandirinin müavini, hərbi hissənin qərargah rəisi əsgər Qranik Xnkoyanı intihar həddinə çatdırmaqda ittiham olunur.

APA xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, istintaq orqanı qərargah rəisinin həbsi ilə bağlı vəsatət qaldırsa da, məhkəmə həbs qətimkan tədbiri kimi onun ev dustaqlığına buraxılmasını seçib.

Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, qərargah rəisi həmkarlarının yanında Xnkoyana qarşı zorakılıq edib, onun şərəf və ləyaqətinə qarşı yönəlmiş hərəkətlərə yol verib.

Baş vermiş hadisədən sonra Xnkoyanın meyiti tapılıb və ilkin baxış zamanı başında güllə yarası aşkarlanıb. Xnkoyan depressiv vəziyyətdə olarkən ona təhkim olunan avtomatdan özünə atəş açıb və yerindəcə dünyasını dəyişib.

Xatırladaq ki, 15 avqustda Ermənistan Müdafiə Nazirliyi Qranik Xnkoyanın ölüm faktını təsdiqləyib. Hərbi hissə ərazində başından güllə yarası alan əsgərin meyiti tapılıb.