Ermənistandakı aksiyalar "gözdən pərdə asmaq"dır - Elxan Qəniyev
Yusif Nəzərli
13:48 03.08.2023
Gündəm
839
Ermənistanda bir qrup vətəndaş parlamentin önündə etiraz aksiyası keçirir.
Etirazçıların sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın hərbi sənaye ilə bağlı dövlət siyasəti dəyişməyib.
Aksiya iştirakçıları bildirirlər ki, hökumət pulu məqsədyönlü istifadə etmir:
"Bu günlərdə ölkədə müxtəlif bayram tədbirləri keçirilir, müğənnilər dəvət olunur, bu müğənnilərin Ermənistana gətirilməsi üçün astronomik məbləğlər xərclənir, hərbi sənayenin inkişafına isə bir qəpik də ayrılmır. Burada biz hərbi sənayeyə “hə”, əylənməyə, tamaşa-əyləncəyə “yox” deyirik”.
Ermənistandakı etirazları şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Qəniyev "Sherg.az"a açıqlamasında bildirib ki, onlar yalan danışır, şou göstərirlər:
"Hindistan, Fransa və İrandan nə qədər silah-sursat alıblar. Elə Hindistanın özündən 24 milyon dollarlıq silah əldə ediblər. Bunlar özləri şou yaradırlar ki, guya, sənayeləri və texnikaları yoxdur. Gözdən pərdə asırlar. İkinci tərəfdən isə onlar gözlərini xaricdə yaşayan ermənilərə dikiblər. Çünki oradan pul gəlir. Onların sənayesi, fabriki, nefti, qazı, suyu heç nəyi yoxdur. 30 il ərzində bizim torpaqlarımızı istismar etdilər. Qarabağın Qızıl mədənlərindən pul götürürdülər. Onlar dilənçi günündədir. O cümlədən bunlar hamısı Paşinyana qarşı yaradılmış kampaniyadır. Yəni demək istəyirlər ki, Baş nazirləri vətəni, xalqı sevmir restoranlarda yeyib-içib, gəzir. Bütün pulu bu sadalananlara xərcləyir, başqa sənayeyə pul ayırmır və silah-sursat almır".
Şahanə Tağızadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial