Ermənistanı daim nəzarətdə saxlamalıyıq: ƏSAS HƏDƏF
Yusif Nəzərli
08:29 09.11.2024
Gündəm
487
Sülh müqaviləsi ermənilərin maksimum güzəşti ilə imzalanmalıdır, əks təqdirdə, maksimum güzəşt əldə edilənə qədər gözləməliyik
"Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə xalqa ünvanladığı müraciətdə səsləndirdiyi iki fikri yaxın və uzaq perspektivdə həm dövlət, həm xalq olaraq unutmamalıyıq".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, birincisi, Ermənistanın silahlandırılması və yeni müharibəyə hazırlanmasıdır:
"Əliyev “Biz hər an yeni təxribata hazır olmalıyıq” deyir və hadisələrin inkişafı – ermənilərin hərbi müstəvidə dəstəklənməsi və Ermənistan üzərindən qurulan siyasi planlar – bu fikirlərin ritorika yox, kəşfiyyat məlumatlarına əsaslandığını deməyə əsas verir. Və ilkin hədəf Azərbaycan üzərində üstünlük qazanmaq deyil, bunun çətin olduğunu anlayırlar, həm də hansısa üstünlüyün qazanılması bu planda əlavə “qazanc” ola bilər. Hədəf mümkün təxribatlarla regionda siyasi daşları qarışdırmaq – danışıqlar prosesinin inkişafını dəyişdirmək, gündəliyi korrekt etməkdir. Bu, sülh sazişindən bəhs edən Ermənistan rəhbərliyi üçün alternativ plandır".
Ekspert ikinci nüansa diqqət çəkir:
"İkincisi, qazandığımız Zəfəri qəbul edə bilməmələridir. Əliyev deyir ki, “44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər”.
“Onu bizə bağışlaya bilmirlər” sözləri bu məsələdəki reallığı tam ifadə edir. Çünki Azərbaycan təkcə Şərqi Zəngəzuru yox, həm də Qarabağı azad edərək, Cənubi Qafqazda erməni separatizmini və onlar üzərində qurulan yüzillik planları məhv edib. Nə vaxtsa, az da olsa, zəifləsək, əvəzini almaq üçün hazır vəziyyətdə gözləyirlər. Bunun olmaması üçün güclü olmalı və Ermənistanı daim nəzarətdə saxlamalıyıq: sülh müqaviləsi də ermənilərin maksimum güzəşti ilə imzalanmalıdır, əks təqdirdə, maksimum güzəşt əldə edilənə qədər gözləməliyik. Bu Zəfər uğrunda canından keçən şəhidlərin ruhu əbədi şad olsun. Onlar təkcə bizim yox, bu coğrafiyanın taleyini dəyişdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm