
Ermənistanın Avropa İttifaqına qatılmasına çox vaxt lazımdır - ŞƏRH
23:31 09.01.2025
Gündəm
664
İrəvan ancaq Azərbaycanla sülh sazişi imzaladıqdan və sərhədlər dəqiqləşəndən sonra bu prosesdə məsafə qət edə bilər
Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Layihə Parlamentin müzakirəsinə göndərilib. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərarı ümumxalq referendumunda verilməlidir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsi vətəndaş təşəbbüsü kimi parlamentin müzakirəsinə çıxarılıb, indi hökumət buna müsbət mövqe bildirməyi təklif edir. Mirzoyan qeyd edib ki, son illərdə Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik əlaqələr var, bunlar müxtəlif, eləcə də təhlükəsizlik sektorunu əhatə edir: “Aİ Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə dəstək verməyə hazır olduğunu da bildirib. Baş nazirin da bəyan elədiyi kimi, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər ona yaxın olmağa hazırdır”. Xatırladaq ki, ötən ilin son aylarında Ermənistanda avropayönlü siyasi partiyalar Aİ-yə üzvlük prosesinə dərhal başlamaq üçün imza toplamışdılar.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, Avropa İttifaqına üzvlüyün əsas şərtlərindən biri münaqişə və müharibə vəziyyətinin olmamasıdır. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya prosesi başa çatmayıb və sülh müqaviləsi imzalanmayıb:

"İnanmıram ki, bu proses yekunlaşmadan Ermənistanı Avropa İttifaqına üzv qəbul etsinlər. Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan və sərhədlər dəqiqləşəndən sonra bu prosesdə məsafə qət edilə bilər. Əks təqdirdə bu məsələnin həlli inandırıcı görünmür. Əgər Ermənistanın Qərbə inteqrasiya siyasəti səmimidirsə, İrəvan öz qonşuları ilə normal əməkdaşlıq etmək niyyətindədirsə, ilk növbədə ərazi iddialarından vaz keçməlidir. Ermənistanın sadəcə Azərbaycana deyil, Türkiyə və Gürcüstana da ərazi iddiaları var. Konstitusiyada qonşu dövlətlərin ərazilərinə iddialar qalmaqdadır. Ermənistan birinci növbədə referendum keçirərək Konstitusiyasını dəyişməli, qonşu dövlətlərin ərazi bütövlüyünü tanımalıdır. Ən əsası isə Azərbaycanla sülh müqaviləsini bağlamalıdır. Bu məsələlər həllini tapmadan Ermənistanın Aİ üzvlüyünə qəbul edilməsi həmin problemlərin Aİ səviyyəsinə qaldırılmasıdır ki, bunun baş verəcəyinə inanmıram. Aydın məsələdir ki, Ermənistanın Aİ-yə üzv olmasına ən çox çalışan Fransa Prezidenti E.Makrondur. Makron buna nail olmaq istəyirsə, birtərəfli qaydada Ermənistanı müdafiə etmək əvəzinə İrəvanı Bakı ilə sülh sazişini imzalamağa sövq etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm