Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb
Yusif Nəzərli
01:55 18.07.2025
Gündəm
367
Prezident İlham Əliyevə təşəkkür edirəm, o hər zaman bizə sahib çıxıb və dəstək olub.
Bunu "Report"un ABŞ-ın bürosuna eksklüziv açıqlamasında Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Kipr mövzusunda geniş formatda qeyri-rəsmi toplantıdan sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar deyib.
O bildirib ki, Azərbaycan ilə ŞKTC arasında münasibətlər son illər yeni mərhələyə qədəm qoyub. Prezident qeyd edib ki, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə qəbul edilməsi bu yaxınlaşmanın ən önəmli addımlarından biri olub: “Kipr türklərinin problemləri çoxdur, bu, asan məsələ deyil. Biz müxtəlif embarqolar, izolasiya və siyasi basqılarla mübarizə aparırıq. Amma Azərbaycan bizə qardaş dövlət kimi sahib çıxır. Biz Şimali Kiprdə "Bir millət, üç dövlət" deyirik: Kipr, Türkiyə və Azərbaycan. Bu qardaşlığı hər zaman hiss edirik.
Son illərdə Azərbaycana bir neçə dəfə səfər etmişəm. Prezident İlham Əliyev, sağ olsun, məni yüksək səviyyədə, rəsmi protokolla qarşılayıb. Prezident səviyyəsində çox səmərəli görüşlərimiz baş tutub. Artıq Azərbaycan xalqı da Şimali Kipr Türk Cümhuriyyətini daha yaxından tanıyır. Biz də Azərbaycanı həmişə yaxından və böyük sevgi ilə izləyirik”.
Tatar əlavə edib ki, qarşıdakı dövrdə Türkiyə, Azərbaycan və ŞKTC arasında iqtisadi sahələrdə əməkdaşlıq genişlənəcək, bu isə xüsusilə gənc nəsillərə yeni ümidlər və imkanlar yaradacaq.
Prezident Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada iştirak etdiyi beynəlxalq tədbirdən də danışıb: “Qarabağa getdim və gördüm ki, orada genişmiqyaslı yenidənqurma işləri aparılır. Mən orada çıxış edərkən İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında dedim ki, Azərbaycan - Qarabağ, Qarabağ - Azərbaycandır. Bu sözlərimdən sonra Prezident İlham Əliyev mənə baxaraq əlini sinəsinə qoydu və bununla da mənim haqlı olduğumu təsdiqlədi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi zəfərdir. Çox sayda şəhid verdiniz, siz də bizim kimi ağır itkilər yaşadınız. Mən bütün şəhidlərimizi rəhmətlə anıram. Sizin vasitənizlə Azərbaycanın qəhrəman xalqını salamlayıram və o zəfərin fatehi Prezident İlham Əliyevi bir daha təbrik edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə