FHN-in İdman-sağlamlıq klubunda Zəfər Gününə həsr olunan tədbir keçirilib - FOTO
Yusif Nəzərli
09:28 05.11.2022
Gündəm
463
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
FHN-dən Oxu.Az-a verilən xəbərə görə, tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, klubun rəis müavinləri və əməkdaşları iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsindən bəhs edib. O qeyd edib ki, Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Xalqımızın ulu öndəri Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, qüdrətli Ordumuzun şücaəti sayəsində Azərbaycan 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi zəfərlə hər birimiz qürur duyuruq.
Daha sonra 44 günlük vətən müharibəsindəki tarixi Zəfərdən bəhs edən sənədli film nümayiş olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət