Slovakiyanın Baş naziri Robert Fitso avtomobil yanacağının qiymətlərinin kəskin artması ilə əlaqədar AB-ni növbədənkənar sammit keçirməyə çağırıb.
Axar.az xəbər verir ki, o, bu barədə vətəndaşlara videomüraciətində deyib.
Fitso bildirib ki, AB səviyyəsində təcili olaraq ümumavropa həllinin tapılması zəruridir:
“Bəzi AB ölkələrində yanacağın bir litrinin qiyməti artıq 3 avroya çatıb”.
Baş nazir həmçinin qiymət artımına yetərincə reaksiya vermədiyinə görə AB rəhbərliyini tənqid edib.