Fransa şirkətindən SOCAR-la bağlı AÇIQLAMA
07:24 15.04.2021
Gündəm
383
Fransanın “Technip Energies” şirkəti SOCAR-ın "Azərikimya” İstehsalat Birliyində modernizasiya işlərini tamamlanmaq üzrə olduğunu bildirib.
"Sherg.az"ın məlumatına görə, şirkət bu barədə rəsmi açıqlama yayıb.
Qeyd edilib ki, neft-kimya kompleksinin əsaslı təmiri artıq başa çatdırılıb və zavod təhvil verilmək üzrədir.
Eləcə də, aparılan sınaqlar layihənin icrası çərçivəsində tətbiq olunan bütün texnoloji yeniliklərin düzgün işlədiyini təsdiqləyib. Müqavilə üzrə fəaliyyətin yoxlanış testi fevral ayında başa çatdırılıb. Vurğulanır ki, zavod istehsal gücünə və keyfiyyət xüsusiyyətlərinə tam cavab verib.
Layihə direktoru Stefano La Femina əlavə edib ki, modernləşdirmə işlərinin bütün icra mərhələlərində tətbiq olunan yüksək keyfiyyət standartları, fəaliyyət hədəfləri problemsiz olaraq yerinə yetirilib.
Modernizasiya layihəsində İtaliyanın “Dipietro Group” şirkəti də iştirak edib. Şirkət növbəti dövrdə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq etmək üçün yeni imkanlara baxacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli sərəncamına əsasən, “Azərikimya” Dövlət Neft Şirkəti SOCAR-ın tabeçiliyinə verilib.
Prezidentin 2010-cu il aprelin 22-də imzaladığı fərmanla SOCAR-ın tərkibində “Azərikimya” İstehsalat Birliyi təsis olunub.
“Azərikimya” İB-nin strukturuna “Etilen-Polietilen” zavodu və Təmir-tikinti İdarəsi daxildir./Oxu.Az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region