Fransanın fəaliyyəti sülhə təhdiddir
Yusif Nəzərli
14:39 19.08.2023
Gündəm
505
"Bütün dünyada nüfuzdan düşməyə başlayan Fransa bu günlərdə Nigeriyadan, Afrikadan da öz dərsini almaqdadır"
"Fransanın Ermənistan mövzusunda ölkəmizə qarşı qərəzli davranışları xristian təəssübkeşliyi və antitürk siyasətinin nəticəsidir". Bu barədə "Sherg.az"a Vəhdət Partiyasının sədr müavini, siyasi şərhçi Vasif Əfəndiyev deyib. Analitikin fikrincə, Fransa birmənalı olaraq ermənipərəst siyasət yürüdür: "Amma Fransanın xarici siyasətində xüsusi yer alan türkfobiya fiaskoya uğramağa məhkumdur. Türkiyə və Azərbaycanın bir-birinə daha çox yaxınlaşması, eyni zamanda Rusiya ilə balanslaşdırılmış siyasət yürütməsi Fransanın bizə yönəlik ədalətsiz fəaliyyətini neytrallaşdıracaq. Eyni zamanda Prezident Emmanuel Makronun Ermənistanla sülh müqaviləsinin bağlanmasını əngəlləmə cəhdləri Qarabağda erməni əsilli insanların bu siyasətdən bezməsi və birdəfəlik torpaqlarımızı tərk etməsi ilə nəticələnə bilər. Əlbəttə, belə arzuda olan ermənilərin təhlükəsiz gedişinə yardım ediləcəyi şübhəsizdir. Bir sözlə, Fransanın fəaliyyəti Qafqazda sülhün təmin olunmasına bir təhdiddir. Tədricən, bütün dünyada nüfuzdan düşməyə başlayan Fransa bu günlərdə Nigeriyadan, ümumiyyətlə, Afrikadan da öz dərsini almaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm