Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri vəzifəsini icra edən Sergey Ştrikov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə TASS-a bölgədəki hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd olunub ki, Ştrikov Rusiya FTX-nin regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.