Fuad Oktay: Azərbaycanla birliyimiz və bərabərliyimiz daimi olsun

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə rəsmisi sosial şəbəkə hesabında paylaşım edib.

"Türkiyə-Azərbaycan: "İki dövlət, tək millət". Azərbaycanın müstəqillik tarixinin ən mühüm dönüm nöqtələrindən biri olan 15 İyun- Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu uğurda canlarını fəda edən bütün əziz şəhidlərimizi rəhmət, minnətdarlıq və şükranla anıram. Birliyimiz və bərabərliyimiz daimi olsun".