G7 liderləri Rusiyanın neft və qaz sektoruna sanksiya təzyiqini artırmaq niyyətindədirlər

Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, G7 ölkələri Rusiyaya, o cümlədən onun neft və qaz sektoruna sanksiya təzyiqini artıracaqlar.

APA xəbər verir ki, bu barədə Fransada keçirilən sammit iştirakçılarının geosiyasi məsələlərlə bağlı birgə bəyanatında bildirilib.

"Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmağa sadiqik. Bu kontekstdə neft və qaz sektoruna qarşı da daxil olmaqla, sanksiyaları sərtləşdirəcəyik", - bəyanatda deyilir.

G7 liderlərinin fikrincə, ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı razılaşma Rusiyaya sanksiya təzyiqinin artırılması üçün əlverişli şərait yaradır.