Gəncədə Azərbaycan və Belarus müəssisələri arasında sənədlər imzalanıb
Yusif Nəzərli
09:29 19.05.2022
Gündəm
351
Gəncə şəhərində rəsmi səfərdə olan Belarusun Baş naziri Roman Qolovçenko Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində olub.
"Report"un Qərb bürosunun məlumatına görə, qonaqları qarşılayan Birliyin Müşahidə Şurasının sədri Xanlar Fətiyev müəssisənin fəaliyyəti barədə baş nazirə və digər belaruslu nümayəndə heyətinə məlumat verib. Qeyd olunub ki, 2006-ci ildə ölkə başçısı İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə Avtomobil Zavodunda yeni yığım xəttləri quraşdırılıb, müəssisəmizdə müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb.
Bu günə qədər müəssisədə 12200-ə yaxın 8 modeldə traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə istifadəyə verilib. Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir. Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-ci ildən başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar” zavodu, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, “Qomselmaş”, “Belkommunaş” Açıq Tipli Səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq edir.
Zavodda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımını həyata keçirilir.
Müəssisə ilə yaxından tanışlıqdan sonra Belarusun Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Gəncə Avtomobil Zavodu İB və Belarus müəssisələri arasında əməkdaşlıq memarandumu və müqavilə imzalanıb. İlkin olaraq traktorların komplekləşdiricilərinin alınması məqsədilə Gəncə Avtomobil Zavodu İB-nin direktoru Bağban Nəbiyev və Minsk Traktor Zavodunun dirüktoru V. Vovk imzalayıb.
Sonra Belarusun "Qomselmaş" şirkətinin direktor müavini D. Afanasyev və Gəncə Avtomobil Zavodu İB-nin direktoru Bağban Nəbiyev iki müəssisə arasında niyyət protokolu imzalayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual