GƏRGİNLİK ARTIR: Alexander Stubb Trampın Ukraynaya diqqətindən narazıdır

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukraynaya ayırdığı diqqətin azalması onu narahat edir.

Sherg.az xəbər verir ki, Stubbun sözlərinə görə, hazırda iki əsas istiqamət var: ABŞ-ın aktiv şəkildə iştirak etdiyi İran məsələsi və Vaşinqtonun vasitəçi rolunda olduğu Ukrayna. Stubb qeyd edib ki, ABŞ hərbi cəhətdən daha çox cəlb olunduğu bölgələrə daha çox diqqət ayırır.

Avropa İttifaqında da Yaxın Şərqdəki hadisələrin Ukraynadan diqqəti yayındırdığı və bunun həm Aİ, həm də Kiyev üçün mənfi nəticələr doğurduğu bildirilir.