Gizli siqnallar üzə çıxdı - ABŞ İrandan danışıqlara başlamağı xahiş edir

Amerika Birləşmiş Ştatları İrana danışıqlara başlamaq istəyi ilə bağlı siqnallar göndərir.

Sherg.az xəbər verir ki, bu barədə iranlı diplomatik mənbə jurnalistlərə açıqlama verib.

Mənbənin sözlərinə görə, müharibə başlayandan bəri ABŞ-la heç bir rəsmi danışıqlar aparılmayıb, lakin Vaşinqton bu istiqamətdə müraciətlər edir və gizli siqnallar ötürür.

Həmin mənbə əlavə edib ki, İran mümkün danışıqlara razılıq verərsə, bu barədə əvvəlcədən Rusiyanı məlumatlandırmağa hazırdır.

Mart ayında ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında məhsuldar danışıqların keçirildiyini bildirmişdi. Lakin İranın Xarici İşlər Nazirliyi birbaşa dialoqun baş tutduğunu təkzib edib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası 28 fevraldan davam edir və tərəflər bu müddətdə qarşılıqlı zərbələr endirirlər. Vaşinqton İranın hərbi potensialını məhv etməklə hədələyib və vətəndaşları rejimi devirməyə çağırıb. İran isə özünü müdafiə etməyə hazır olduğunu vurğulayaraq, hazırda danışıqların bərpasını məqsədəuyğun hesab etmir.