Gürcüstana istehsal tarixi 6 ildən çox olan avtomobillərin idxalı qadağan olunacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, ölkənin Daxili İşlər Nazirliyinin hazırladığı müvafiq qanunvericilik layihəsi artıq parlamentə təqdim olunub.
Kobaxidze qeyd edib ki, qadağanın tətbiqi ekologiya, insan sağlamlığı və rahat hərəkət üçün vacibdir.