Bu gün səhər saatlarında Şəmkir stansiyasının ərazisində Gürcüstandan Bakıya gedən yük qatarının bir vaqonunda tüstülənmə qeydə alınıb.
Bu barədə Sherg.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Tüstülənmə qısa zamanda aradan qaldırılıb, digər vaqonlar mühafizə olunub.
Hadisənin 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verdiyi müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.