Həcc ziyarəti üzrə kvotanın 81%-dən çoxu tamamlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, kvota dolmaq üzrədir, vətəndaşlar tələssinlər.
"Vətəndaşlar adətən orucluqdan sonrakı vaxtı gözləyirlər. Amma gözləməsinlər, çünki martın 7-dən sonra vaxt uzadılmayacaq. Vətəndaşlar həmin vaxta qədər tələssinlər", - o vurğulayıb.