Hədəflər bəllidir! - “Turan ordusunun” işartıları..."
Yusif Nəzərli
08:05 07.06.2022
Gündəm
514
Türkiyənin Azərbaycandakı səfirliyində müdafiə sənayesi müşaviri vəzifəsi yaradılır. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb. Qərara əsasən, müdafiə sənayesi müşaviri xidmət apardığı ölkədə müdafiə sənayesinə dair prosesləri və buna bənzər mövzuları dəyərləndirib, hesabatlar hazırlayacaq və Türkiyə Müdafiə Sənayesi İdarəsini məlumatlandıracaq.
Ümumilikdə Türkiyənin 9 ölkədəki səfirliyində Müdafiə Sənayesi Müşavirliyi heyəti yaradılacaq və təyinatlar olacaq. Azərbaycandakı müdafiə sənayesi müşavirinin xidmət sahəsinə həm də Qazaxıstan, Türkmənistan və Özbəkistan daxil edilib.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, ilin əvvəlində Qazaxıstanda məlum iğtişaşlar zamanı dövlət başçısının Ruisyaya müraciət etməsi və rus qoşunlarının ildırım sürəti ilə ölkəyə müdaxiləsi hər kəsdə narahatlıq doğurmuşdu. Ekspertin sözlərinə görə, bənzər hadisə Qarabağda da baş verdi:
“Rusiya qoşunları Qazaxıstanı sonradan tərk etsə də, Qarabağdakı qüvvələr getməmək üçün əllərindən gələni edirlər. Həmçinin, bu qoşunların türk dövlətləri ərazisinə soxulmaq ehtimalları da artır. Ona görə də Türk Dövlətləri Təşkilatının ordusunun yaranması və bir-birilərinin təhlükəsizliyini təmin etməsi üçün ən yüksək statusa malik olması lazımdır. İndiki qurumun müdafiə və təhlükəsizlik funksiyası yoxdur. Əgər belə bir təşkilat indiyə qədər yaranmış olsaydı, Qazaxıstan KTMT-yə deyil, türk dövlətlərin təsis etmiş olduğu hərbi birliyə müraciət edərdi. Türkiyə Cümhuriyyətinin təşəbbüsləri gələcəkdə qurulacaq “Turan ordusunun” işartılarıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət