Həkimin “pandemiya gündəliyi”: “Ağır xəbərlərə görə məni bağışla...”
- TƏSİRLİ NOTLAR!
Banuçiçək Kalbalıyeva
15:01 24.06.2020
Gündəm
1010
“Koronavirusun bitdiyini xəbər verib, həmin “gündəliyi” bir daha açmamaq şərti ilə əbədi bağlayacam”
“İnanıram və ümid edirəm ki, “gündəliyimin” sonuncu qeydləri nikbin notlarla dolu olacaq”
Sabunçu rayonundakı 11 saylı poliklinikanın həkim-terapevti, 3 aydır könüllü olaraq Tədris Cərrahiyyə Klinikasında çalışan Məlahət Hümmətqızının “Facebook” sosial şəbəkə hesabındakı təşəbbüsü maraqla qarşılanıb. O, çalışdığı klinikada baş verən gündəlik hadisələri qeyd edir və oxucularla paylaşır.
Nəticədə insanlar həkimlərimizi daha yaxşı tanıyır, səhiyyə işçilərimizin gərgin fəaliyyətləri ilə bir daha tanış olurlar. Əyanilik məqsədilə həkimin bir neçə gün əvvəl yazdığı qeydləri təqdim edirik: “22.06.20 ATU - nun Tədris Cərrahiyyə Klinikası..15.00. 11- ci mərtəbə. Həmişəki kimi iş başındayam. İşin sonuna az qalıb. Yorğun və gərgin iş saatından sonra stol arxasına keçib xəstəlik tarixlərini yazıram. 18 xəstəmiz var. 3 ağır xəstəmiz olsa da, vəziyyətləri stabildi. Çalışırıq xəstələri sağaldıb tezliklə evlərinə yola salaq...”.
Sözügedən təşəbbüslə bağlı Məlahət Hümmətqızı “Sherg.az”a fikirlərini bildirdi. O, ilk gündən etibarən belə qeydlər etdiyini dedi:
“Artıq 3 aydır ATU- nun Tədris Cərrahiyyə Klinikasında könüllü olaraq çalışıram. Bura gələndə gördüm ki, insanlar panika içərisindədirlər. Onlar narahat və məlumatsız idilər. Ona görə, özümə söz verdim ki, insanlara burada baş verən hadisələri çatdırım, xəstələr barəsində məlumatlar verim, qəhrəman həkimlərimizin fədakarlığından, şəfqətli tibb bacılarının yorulmazlığından yazım.
Beləliklə, vaxt itirmədən, belə demək mümkünsə, ikinci işimə başladım. Və böyük uğur qazandım. İnsanlar yazılarımla bağlı fikirlərini bildirlər. Tədricən mətbuat da həmin qeydlərdən istifadə etdi və səhiyyə işçilərimizi “qəhrəman həkim”lər adlandırdılar. TCK- da baş verən bütün hadisələri işıqlandırmağa çalışıram. İşimi bitirib evə gedənə qədər nə olursa, həmin günün sonu onları əvvəlcə telefonumun “qeyd dəftərçə”sinə yazır, sonra da paylaşıram.
Qeydlərimə davam edirəm. Bu gün olanları da mütləq qeyd edəcəm. Sabahkıları da, o biri günküləri də...İnanıram və ümid edirəm ki, “gündəliyimin” sonuncu qeydləri nikbin notlarla dolu olacaq. İnsanlarımıza koronavirusun bitdiyini xəbər verib, həmin “gündəliyi” bir daha açmamaq şərti ilə əbədi bağlayacam. Yəqin ki, o vaxt oxucular əvvəl yazdığım ağır xəbərlərə görə məni bağışlayarlar...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm